İsmayıllı rayonunun Əhən kəndi ərazisində yol-nəqliyyat hadisəsi
13.04.2019Aprelin 13-də saat 20 radələrində İsmayıllı rayonunun Əhən kəndi ərazisində Abşeron rayon sakini Ramin Allahverdiyev idarə etdiyi “BMW” markalı avtomobili aşırmışdır.
Nəticədə R.Allahverdiyev, sərnişinlərindən İsa Əliyev və Oğuz rayon sakini Kənan Kərimov hadisə yerində ölmüş, daha bir sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.
İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.