Nərimanov rayonu Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi
13.04.2019Aprelin 13-də saat 6 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Bakı şəhər sakini Fazil Vəliyev idarə etdiyi “Hyundai” markalı avtomobili yol ayırıcısına vurmuşdur. Sürücü hadisə yerində ölmüşdür.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.