Kürdəmir rayon sakini Q.Tağıyevanın pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən İ.Eminov saxlanılmışdır
10.04.2019Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Q.Tağıyevanın 200 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Eminov saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Ş.Hüseynovun və Ə.Əzizovun bank hesablarından ümumilikdə 400 manat pullarını çıxararaq oğurlaması da müəyyən edilmişdir.