Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini F.Xudiyev saxlanılmışdır
10.04.2019Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Sabunçu rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş F.Xudiyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 55 qramdan artıq tiryək aşkar edilərək götürülmüşdür.
F.Xudiyevin idarə etdiyi “BMW” markalı avtomobildən isə əlavə olaraq 1 kiloqramdan çox tiryək aşkar edilərək götürülmüşdür.