Buzovna qəsəbəsindəki evlərin birindən pul, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən X.Xalıqov saxlanılmışdır
09.04.2019Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Buzovna qəsəbəsindəki evlərin birindən 250 manat, 50 ABŞ dolları, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Xalıqov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin götürülmüşdür.