Abşeron rayonu ərazisində iki mağazadan və bir oyun zalından oğurluq etməkdə şübhəli bilinən K.Həsənov saxlanılmış, bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir
09.04.2019Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 1 mağazadan 1000 manat dəyərində tütün məmulatı və ərzaq məhsulları, digər mağazadan tütün məmulatı və 1 oyun zalından 5 ədəd aparat və 10 ədəd pult oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini, əvvəllər məhkum olunmuş K.Həsənov saxlanılmış, 1 nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir.