Avtomobillərdən oğurluq etdiyinə görə tutulmuş şəxslərin daha iki avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərmələri də müəyyən edilmişdir
08.04.2019Avtomobillərdən oğurluq etdiyinə görə tutulmuş N.Qasımzadənin və C.Abbasovun ətrafında Xətai RPİ 37-ci Polis Şöbəsi və Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların aprelin 7-nə keçən gecə “Toyota” və “Mercedes” markalı avtomobillərdən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərmələri də müəyyən edilmişdir.