Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xırdalan şəhəri ərazisində Cəbrayıl rayon sakini T.Quliyevə kəsici-deşici alətlə ölümcül xəsarət yetirməkdə şübhəli bilinən R.Rzayev saxlanılmışdır

08.04.2019

Aprelin 7-də saat 21 radələrində Xırdalan şəhəri ərazisindən Cəbrayıl rayon sakini T.Quliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olmuşdur.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.  

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş R.Rzayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.  

T.Quliyev həmin gün xəstəxanada ölmüşdür.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanmışdır.

08.04.2019 tarixinə olan kriminal məlumatlar