Tovuz rayonu ərazisində avtomobildən oğurluğa cəhd göstərən şəxs saxlanılmışdır
04.04.2019Aprelin 4-də saat 1 radələrində Tovuz rayonunun Qovlar qəsəbəsi ərazisində naməlum şəxs Dönük Qırıqlı kənd sakini Ə.Həsənovun “Lexus” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərmişdir. Bu zaman səsə-küyə gəlmiş polis serjantı N.Həsənov şübhəli şəxsi saxlayarkən o, polis əməkdaşının əl nahiyəsinə metal alətlə xəsarət yetirib qaçmağa cəhd göstərmişdir. Lakin görülmüş tədbirlərlə həmin şəxs saxlanılmışdır.
Araşdırmalarla onun Qovlar şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş A.Qasımov olması müəyyən edilmişdir.