Binəqədi rayonu ərazisindəki marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən O.Məlikov saxlanılmışdır
04.04.2019Binəqədi RPİ 7-ci PB-nin əməkdaşları tərəfindən aprelin 4-də rayon ərazisindəki marketlərin birindən 44 manat dəyərində şirniyyat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Məlikov saxlanılmışdır. Onun Nəsimi RPİ tərəfindən axtarışda olması da müəyyən edilmişdir.