Quldurluq etməkdə şübhəli bilinən Zəngilan rayon sakini E.Əlifli saxlanılmış, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir
02.04.2019Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edən Ağcabədi rayon sakini P.Rüstəmov aprelin 1-də saat 1 radələrində Salyan yolu küçəsində yerləşən parkda 2 nəfərin onu bıçaqla hədələyib döyərək pul verməsini tələb etdiklərini, pulu olmadığından çıxıb getdiklərini bildirb.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini E.Əlifli qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılmış, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir.
Əməliyyat-axtarış tədbirləri aparılır.