DİO əməkdaşaları tərəfindən küllüi miqdar narkotik vasitələr götürülmüşdür
02.04.2019Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Pensər kənd sakini A.Şükürov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan çəkisi 770 qram olan heroin və elektron tərəzi aşkar edilərək götürülmüşdür.
Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Telman kənd sakini K.Novruzov da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ondan 420 qram heroin və elektron tərəzi götürülmüşdür.
K.Novruzovun Telman kəndində yaşadığı evdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə əlavə olaraq 460 qram heroin aşkar edilərək götürülmüşdür.