Yasamal rayonu ərazisindəki marketlərin birində satıcını bıçaqla hədələyib kassadakı pulu aparmaqda şübhəli bilinən yeniyetmə saxlanılmışdır
01.04.2019Aprelin 1-də saat 9 radələrində Yasamal rayonu ərazisindəki marketlərin birinə gəlmiş naməlum şəxs orada satıcı işləyən qadını bıçaqla hədələyib kassadakı 205 manatı aparmışdır.
28-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini olan bir yeniyetmə saxlanılmışdır.
Araşdırma aparılır.