Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində “Mercedes-Sprinter” və “VAZ-21099” markalı avtomobillər toqquşmuşdur
01.04.2019Aprelin 1-də saat 15 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Rövşən Hüseynovun və Əlibala Babayevin idarə etdikləri “Mercedes-Sprinter” markalı avtobus və “VAZ-21099” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ə.Babayev hadisə yerində ölmüş, 1 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.