Mingəçevir şəhər sakinləri Z.Qasımova və onun qardaşına kəsici-deşici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən Ağdam rayon sakini C.Quliyev saxlanılmışdır
21.03.2019Martın 21-də Mingəçevir şəhər sakinləri Z.Qasımov və qardaşı H.Qasımov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmişlər.
ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Ağdam rayon sakini C.Quliyev saxlanılmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.