Gəncə şəhəri ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən A.Qurbanov saxlanılmışdır
21.03.2019Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin fevral-mart ayları ərzində 5 avtomobildən akkumulyator və yaddaş kartı, 1 həyətyanı sahədən inşaat materialları, habelə neft terminalı bazasındakı dəmir yolu xəttinin hissələrini oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Qurbanov saxlanılmışdır.