Nəsimi rayonunun A.Mustafayev küçəsində yol-nəqliyyat hadisəsi
19.03.2019Martın 19-da saat 5 radələrində Nəsimi rayonunun A.Mustafayev küçəsində Lerik rayon sakini V.Dadaşov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Ağstafa rayon sakini Elvin Zəkiyevi vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.