Avtomobilin yan güzgülərinin oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Q.Quliyev qısa müddətdə müəyyən edilərək saxlanılmışdır
19.03.2019Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Mirzəzadə martın 17-nə keçən gecə Yeni Yasamal-1 yaşayış sahəsində evinin qarşısında saxladığı “Niva” markalı avtomobilinin yan güzgülərinin oğurlandığını bildirmişdir.
Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər oğurluğa və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Q.Quliyev qısa müddətdə müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.