Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonu ərazisindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən E.Kəlbiyev nəqliyyat vasitəsi ilə birgə saxlanılmışdır

11.03.2019

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Ü.Kərimov martın 10-da A.Məhərrəmov küçəsindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Kəlbiyev nəqliyyat vasitəsi ilə birgə Sumqayıt şəhəri ərazisində müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.

11.03.2019 tarixinə olan kriminal məlumatlar