Maştağa qəsəbə sakini İ.Babayevə məxsus qarajdan “Mauser” markalı tapança, 1 ədəd “Hsc mod 84” markalı piston tapançası və 55 ədəd boş patron aşkar edilərək götürülmüşdür
11.03.2019Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Maştağa qəsəbə sakini İ.Babayevə məxsus qarajda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 1 ədəd “Mauser” markalı paslanmış vəziyyətdə olan tapança, 1 ədəd “Hsc mod 84” markalı piston tapançası və 55 ədəd boş patron aşkar edilərək götürülmüşdür.
Araşdırma aparılır.