Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ramana qəsəbə sakini olan qadın içində mərhum qardaşına məxsus silah-sursat aşkar etdiyini və onları könüllü olaraq polisə təhvil vermişdir

26.02.2019

Qanunsuz saxlanılan silah-sursatın könüllü təhvil verilməsi məqsədilə polis əməkdaşlarının keçirdikləri əməliyyat və profilaktiki tədbirlər öz nəticələrini verir.

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edən Ramana qəsəbə sakini olan qadın evinin çardağında idman çantasının içində mərhum qardaşına məxsus silah-sursat aşkar etdiyini və onları könüllü olaraq polisə təhvil vermək istədiyini bildirmişdir.

Həmin ünvana gələn polis əməkdaşları oradan 2 ədəd “F-1” qumbarasını, 2 ədəd alışdırıcını, 64 ədəd avtomat patronunu, 2 ədəd patron darağını, 2 ədəd siqnal fişəngini və 1 ədəd silah təmizləmə ləvazimatını aşkar edərək götürmüş və aidiyyatı üzrə təhvil vermişlər. 

26.02.2019 tarixinə olan kriminal məlumatlar