Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluq etməkdə şübhəli bilinən Lökbatan qəsəbə sakinləri Z.İsmayılov, M.Əliyev və Ş.Əliyev müəyyən edilərək saxlanılmışlar

26.02.2019

Fevralın 19-da gecə saat 2 radələrində Qaradağ rayonunun Korgöz qəsəbəsi ərazisində Lökbatan qəsəbə sakini R.Nəhmədovun və Sumqayıt şəhər sakini H.Hüseynovun 2 nəfər tərəfindən xuliqanlıq zəminində döyülmələri barədə 10-cu Polis Bölməsinə müraciət daxil olmuşdur.

Polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla həmin şəxslərin H.Hüseynovun 1270 manat pulunu almaları da müəyyən edilmişdir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanmışdır.   

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Lökbatan qəsəbə sakinləri Z.İsmayılov, M.Əliyev və Ş.Əliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar.

Z.İsmayılovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 16-na keçən gecə H.Hüseynova məxsus Güzdək qəsəbəsindəki daş karxanasından qaynaq aparatı oğurlaması da müəyyən edilmişdir.
Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır. 

26.02.2019 tarixinə olan kriminal məlumatlar