Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində yol-nəqliyyat hadisəsi
20.02.2019Fevralın 20-də saat 11 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində Zaqatala şəhər sakini F.Bayramlı idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən kənd sakini S.Süleymanovanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.