Şəmkir rayonunun Qasımalılar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
20.02.2019Fevralın 20-də saat 17 radələrində Şəmkir rayonunun Qasımalılar kəndi ərazisində kənd sakini V.Abdıyevin idarə etdiyi “VAZ-21010” və Şəmkir şəhər sakini Ç.Əhmədovun idarə etdiyi “Toyota-Prado” markalı avtomobillər toqquşmuşdur. Nəticədə V.Abdıyevin sərnişini X.Ələsgərov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.