İki qadının çantalarını oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini S.Balayeva saxlanılmışdır
19.02.2019Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən ötən il noyabrın 8-də iki qadının içərisində pul, mobil telefon və sənəd olan çantalarını oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini S.Balayeva saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun ötən il dekabrın 28-də daha bir qadının içərisində 400 manat, bankomat kartı və sənəd olan pulqabısını oğurlaması da müəyyən edilmişdir.