Kəpəz rayonu ərazisindəki evlərin birindən su mühərriki oğurlamaqda və dələduzluqda şübhəli bilinən H.Allahverdiyev saxlanılmışdır
19.02.2019Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərdən birinin damından su mühərriki oğurlamaqda və rayon sakini olan bir qadının 160 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Samux rayon sakini H.Allahverdiyev saxlanılmışdır.