Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qəza törədərək hadisə yerindən yayınan Bakı şəhər sakini M.Abbasov saxlanılmışdır

18.02.2019

Fevralın 15-də saat 20 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisindən qəsəbə sakini Ə.Rəhimovun  xəsarətlə xəstəxanaya gətirilməsi barədə 14-cü Polis Şöbəsinə məlumat daxil olmuşdur.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüşdür. Araşdırmalarla  Ə.Rəhimovun qəsəbə ərazisində yolu keçərkən avtomobillə vurulması məlum olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib. Qəza törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini M.Abbasov polis əməkdaşları tərəfindən saxlanılmışdır.           
Araşdırma aparılır. 

18.02.2019 tarixinə olan kriminal məlumatlar