DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhər sakini A.Seyidova xəsarət yetirməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini B.Həsənov saxlanılmışdır

18.02.2019

Fevralın 18-də saat 21 radələrində Sumqayıt şəhəri ərazisindən şəhər sakini A.Seyidovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq orada ölməsi barədə şəhər Polis İdarəsinə məlumat daxil olmuşdur. Bununla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Faktla bağlı cinayət işi başlanılmışdır.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş B.Həsənov saxlanılmışdır.

18.02.2019 tarixinə olan kriminal məlumatlar