Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
16.02.2019Fevralın 15-də saat 20 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Abasov idarə etdiyi “Porsche” markalı avtomobillə yolu keçən paytaxt sakini S.Hüseynovanı vuraraq yolun hərəkət hissəsinə atmış və arxadan gələn “Volkswagen” markalı, A.Əliyevin idarə etdiyi avtomobil onun üzərindən keçmişdir. Nəticədə piyada hadisə yerində ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.