Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini B.Səmədov saxlanılmışdır
16.02.2019Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini olan bir qadının çantasından içərisində təqaüd kartı olan pulqabısını, bir nəfərə məxsus köşkü, habelə 2 evdən 30 metr elektrik naqili və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini B.Səmədov saxlanılmışdır.