Binəqədi rayon sakini N.İsmayılovun sifətinə yumruqla vuraraq 500 manatını almaqda şübhəli bilinən T.Təmirazov saxlanılmışdır
12.02.2019Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət edən Xocəsən qəsəbə sakini N.İsmayılov fevralın 11-də saat 22 radələrində qəsəbə ərazisindəki kafelərin birində naməlum şəxsin onun sifətinə yumruqla vuraraq 500 manatını aldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Təmirazov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.