Şirvan şəhər sakini R.Fətullayevi qətlə yetirməkdə şübhəli bilinən Sabirabad rayon sakini A.Adıgözəlov saxlanılmışdır
12.02.2019Fevralın 12-də saat 20 radələrində Şirvan şəhəri ərazisindən şəhər sakini Rəşad Fətullayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Faktla bağlı cinayət işi başlanılmışdır. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, şəhər ərazisində kirayədə yaşayan Sabirabad rayon sakini A.Adıgözəlov saxlanılmışdır.