Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Zığ qəsəbəsi ərazisində quldurluq törətməkdə şübhəli bilinən Salyan rayon sakini N.Mustafazadə saxlanılmışdır

11.02.2019

DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə yanvarın 19-da Zığ qəsəbəsi ərazisində baş vermiş quldurluq faktı barədə müraciət daxil olmuşdur.

Dərhal Suraxanı RPİ 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüşdür. Araşdırmalarla qəsəbə ərazisindəki evlərin birinə pəncərənin şüşəsini sındırmaq yolu ilə girmiş şəxsin oradan 20 manat pul və gümüş əşyalar götürdükdən sonra ev sahibi ilə rastlaşdığından onun qol nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etməsi müəyyən edilmişdir.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən  Salyan rayon sakini, əvvəllər məhkum olunmuş N.Mustafazadə müəyyən edilərək polis əməkdaşları tərəfindəın saxlanılmışdır.

Ətrafında aparılmış tədbirlərlə onun 2 evdən televizor və kompyuter oğurlaması da müəyyən edilmişdir.  

Araşdırma aparılır.