Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini olan bir qadının çantasını açıq talama yolu ilə almaqda şübhəli bilinən Ə.Stupka saxlanılmışdır

11.02.2019

Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın fevralın 10-da Buzovna qəsəbəsi ərazisində naməlum şəxsin onun  içərisində pulu və mobil telefonu olan çantasını açıq talama yolu ilə aldığını bildirmişdir.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş  Ə.Stupka polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Ətrafında aparılmış tədbirlərlə saxlanılan şəxsin digər cinayət əməlinin də üstü açılmışdır. Onun Şüvəlan qəsəbə sakini olan bir azyaşlı qızı bıçaqla hədələyərək quldurluq  yolu ilə qulağındakı qızıl sırğaları alması da müəyyən edilmişdir.

Faktlarla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.