Oğurluq etdiyinə görə tutulmuş E.İsayevin Binəqədi rayonu ərazisində başqa oğurluq hadisələrini də törətməsi müəyyən edilmişdir
11.02.2019Oğurluq etdiyinə görə tutulmuş E.İsayevin ətrafında Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 6 avtomobildən pul, mobil telefon, kosmetik əşyalar, maqnitofon və geyim əşyaları və içərisində 32.000 rus rublu (960 manat) və sənədlər olan çanta oğurlaması da müəyyən edilmişdir.