Qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən X.Aydınov saxlanılmışdır
29.01.2019Yanvarın 29-da Quba Rayon Polis Şöbəsinə Xaçmaz rayon sakini Ş.Arginiskinin qapalı kəllə-beyin və kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olmuşdur.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüşdür. Araşdırmalarla hadisənin həmin gün saat 19 radələrində rayonun Gültəpə kəndi ərazisində Xaçmaz şəhər sakini X.Aydınov tərəfindən törədilməsi müəyyən edilmişdir.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən X.Aydınov polis əməkdaşları tərəfindən saxlanılmışdır.Quba RPŞ-də araşdırma aparılır.