Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Badamdar qəsəbəsi ərazisində idarə etdiyi avtomobillə Bakı şəhər sakini Z.Əhmədovu vurub hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılmışdır

29.01.2019

Yanvarın 27-də saat 22 radələrində Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində yolu keçən Bakı şəhər sakini Z.Əhmədov müəyyən edilməmiş avtomobillə vurulmuş və hadisə yerində ölmüşdür.

Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilmişdir. Qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini B.Əliyev polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Araşdırma aparılır.

29.01.2019 tarixinə olan kriminal məlumatlar