Oğurluqda şübhəli bilinən Ağcabədi şəhər sakini Uluxan Behbudov və Gəncə şəhər sakini Elmir Qafarov saxlanılmışdır
09.01.2019Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 3-də və 8-də rayon ərazisindəki 3 mağazadan pul, ərzaq məhsulları və geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Uluxan Behbudov və Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elmir Qafarov saxlanılmışdır.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə E.Qafarovun idarə etdiyi “VAZ-2106” markalı avtomobildən isə “Reck” markalı pnevmatik tapança aşkar edilərək götürülmüşdür.