Yasamal rayonunun L.Tolstoy küçəsindəki evlərin birində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş vermişdir
09.01.2019Yanvarın 9-da saat 3 radələrində Yasamal rayonunun L.Tolstoy küçəsindəki evlərin birində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş vermişdir.
Nəticədə konstruksiyalar və oradakı əşyalar yanmışdır. Yanğın söndürüldükdən sonra ev sahibi Aydın Məmmədovun, arvadı Xuramanın və qızı Aygünün meyitləri tapılmışdır.
Araşdırma aparılır.