Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
09.01.2019Yanvarın 9-da saat 10 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Məhərrəm Bənnayevin idarə etdiyi “Hyundai”, Fail Məmmədovun idarə etdiyi “KamAZ” və İmran Eyvazovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur. Nəticədə M.Bənnayev xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.