Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Odlu silahdan açılan atəşlə Tural Babayevi qətlə yetirməkdə, Asif Bağırova xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini Zaur İsmayılov könüllü olaraq təslim olmuşdur

28.12.2018

Dekabrın 27-də saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Zaur İsmayılov odlu silahdan açdığı atəşlə “Hyundai” markalı avtomobili idarə edən Tural Babayevə və sərnişini Asif Bağırova xəsarət yetirib hadisə yerini tərk etmişdir. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Babayev ölmüş, A.Bağırovun  isə vəziyyəti orta-ağırdır.

Hadisəni törətmiş Z.İsmayılov könüllü olaraq Nizami RPİ-yə gəlmiş və cinayəti törədərkən istifadə etdiyi “AK” markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olmasını bildirmişdir.

Z.İsmayılov tutulmuş, silahı evdən götürülmüşdür.

28.12.2018 tarixinə olan kriminal məlumatlar