Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomobil qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini Elsevər Şükürov saxlanılmışdır

28.12.2018

Dekabrın 28-də saat 13 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindən qəsəbə sakini Ramil Dərbəndəliyevə məxsus “VAZ-2107” markalı avtomobil qaçırılmışdır.

Dekabrın 29-da DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avtomobilin Hacıqabul şəhərinin ərazisində hərəkətdə olması aşkar edilmiş və müvafiq tədbir görülməsi üçün məlumat aidiyyəti üzrə göndərilmişdir.

Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobili qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Elsevər Şükürov saxlanılmışdır.

28.12.2018 tarixinə olan kriminal məlumatlar