Gün ərzində 115 cinayət faktı qeydə alınmışdır
26.12.2018Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 115 cinayət faktı qeydə alınmış, onların da 20-si “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 28 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılmışdır.