Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

26.12.2018

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Gəncə şəhərində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Dekabrın 24-də Gəncə şəhərinin Məhsəti qəsəbəsi ərazisindən şəhər sakini Elçin Həsənovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar cinayət işi başlanılıb. 
İstintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini İbrahim Quliyev müəyyən edilərək saxlanılıb.