Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Polis əməkdaşları qaçırılmış avtomobili sahibinə qaytardı

20.12.2018

Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini   T.Rüstəmov dekabrın 19-na keçən gecə Sulutəpə qəsəbəsi ərazisindən  “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb və qısa müddətdə avtomobilin qəsəbə ərazisində hərəkətdə olduğu müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi həmin gün DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinənin qəsəbə sakini Kazım Quliyev olduğu, digər şəxslə birgə dekabrın 18-də Lökbatan qəsəbəsi ərazisində Şamaxı rayon sakini Z.Zərbalıyevin “VAZ-2103” markalı avtomobilini qaçırmaları da müəyyən edilib.

Davam etdirilən tədbirlərlə həmin nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən Xocəsən qəsəbəsi ərazisində tapılaraq sahibinə qaytarılıb.

Binəqədi RPİ tərəfindən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən digər şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.