Nizami rayonunun Babək prospektində yol-nəqliyyat hadisəsi
20.12.2018Dekabrın 20-də saat 23 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Elvin Aslanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Nizami RPİ tərəfindən araşdırma aparılır.