Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

17.12.2018

Suraxanı rayonu ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən  saxlanılıblar.

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində 8 avtomobildən təkər üzlükləri və yan güzgüləri oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Pərvin Hümbətov, 3 avtomobildən isə pul, maqnitofon, səsgücləndiricilər və akkumulyator oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Tural Əsgərli və Bakı şəhər sakini Rəvan Cəfərov saxlanılıblar.

Araşdırma aparılır.