Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi
17.12.2018Dekabrın 17-də saat 7 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Şəmistan İbrahimov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini Zərgər Əsgərovu vurmuş və nəticədə zərbədən piyada əks istiqamətdə hərəkətdə olan Bakı şəhər sakini Arif Şamilovun idarə etdiyi “Toyota” markalı avtomobilin altına düşmüşdür. Piyada hadisə yerində ölmüşdür.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.