DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

12.12.2018

Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini  E.Hüseynova tanımadığı şəxsin Mətbuat prospektində küt alətlə ona xəsarət yetirərək içərisində pulu, 2 ədəd yaddaş kartı və sənədləri olan çantasını aldığını bildirib.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və 28-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Məcid İsmayılov saxlanılıb.

Araşdırma aparılır.