Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomobildən 8 kiloqramdan çox tiryək aşkar edildi

12.12.2018

Ötən gün Biləsuvar rayonunda polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Dekabrın 11-də daxil olmuş məlumat əsasında Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Xırmandalı kəndi ərazisində “Ford-transit” markalı avtomobil saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini Şahin Qəfərovun idarə etdiyi həmin nəqliyyat vasitəsindən çəkisi 8 kiloqram 55 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.